Hindistanda fabrikdə güclü partlayış olub

Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə partlayışla nəticələnən yanğın baş verib.

Sosial şəbəkələrdə bununla bağlı qorxulu görüntülər yayılıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Yerli polisin məlumatına görə, partlayışa pirotexniki vasitələr anbarında qaynaq işləri zamanı yaranan qığılcımlar səbəb ola bilər.