ONN İnformasiya Agentliyi

Millimizin Türkiyə ilə oyunlarının hakimləri açıqlanıb

Millimizin Türkiyə ilə oyunlarının hakimləri açıqlanıb
22 May 2024 - 9:51

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları məlum olub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransadan olan hakimlər idarə edəcək. Aleksandra Kollin baş hakim olacaq. Ona Elodie Koppola və Klotilde Brassar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klemens Qonçalves yerinə yetirəcək.

İyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Nanna Löf Andersen olacaq. Ona Sidsel Rasmussen və Anna Kyaer Şmidt yardım edəcəklər. Frida Klarlund oyuna dördüncü hakim kimi çıxacaq.

Qeyd edək ki, ilk oyun Ərzincandakı “13 Şubat” stadionunda, Bakıdakı qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png