ONN İnformasiya Agentliyi

Abdullahianın dəfn olunacağı yer bəlli oldu

Abdullahianın dəfn olunacağı yer bəlli oldu
22 May 2024 - 11:54

Prezident İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah Tehranın Şah Əbdül Əzim qəbiristanlığında dəfn ediləcək.

ONN media xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, mərhum xarici işlər naziri ilə vida mərasimi mayın 23-də, Tehranın Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda, yerli vaxtla saat 09:00-da keçiriləcək.

Qeyd edək ki, Prezident Rəisi doğulduğu Məşhəddə dəfn ediləcək. Həlak olanların hamısının dəfn mərasimi sabah baş tutacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png