Türkiyənin daha bir klubu satışa çıxarıldı

1-ci Liqa komandalarından olan “Adanaspor” klubunun iş adamı Ergin Göleliyə satılması üçün danışıqlara başladığını açıqlayıb.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

“Adanaspor”un gələcək taleyi ilə bağlı azarkeşlərin məlumatlandırılmasına ehtiyac var. Bu çərçivədə “Adanaspor”un satışı ilə bağlı iş adamı Ergin Göleli ilə danışıqlara başlanılıb. Bu prosesdə klubumuzun maraqları və gələcəyi hər zaman ön planda olacaq və bütün danışıqlar şəffaf şəkildə aparılacaq. “Adanaspor” rəhbərliyi olaraq bildirmək istərdik ki, bu mühüm prosesdə dəstəyiniz və anlayışınız bizim üçün çox dəyərlidir”.