Putin Özbəkistana səfərə gedib

Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndə ikigünlük səfərə gedib.

ONN media xəbər verir ki, burada o, özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə danışıqlar aparacaq.

Dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.