Maaşlar nə qədər artırılacaq?- Rəsmi

Bu ilin 4 ayı ərzində dövlət büdcəsinə proqnozlaşdırılandan əlavə vəsait daxil olub. Bu da bir sıra layihələrin maliyyələşdirilməsi baxımından büdcəyə yenidən baxılmasını şərtləndirib.

ONN media-nın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı layihədə çıxışı zamanı deyib.

Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli isə deyib ki, sosial proseslərin tənzimləməsinə və bu sahəyə əlavə vəsaitin ayrılmasına ehtiyac var. Belə göstəricilərdən biri də minimum əməkhaqqı ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq xartiyalara və hökumətin strateji hədəfinə görə minimum əməkhaqqının orta maaşa nisbəti 60 %-ə çatdırılmalıdır.

Deputat Vahid Əhmədov qeyd edib ki, Sosial Müdafiə Fondu kifayət qədər ehtiyat saxlayır. Deputat xərclənməyən vəsaitlərlə bağlı da öz fikirlərini bildirib.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinə dəyişikliklər plenar iclasa tövsiyə olunub