ONN İnformasiya Agentliyi

Bakıda yenə hava tozludur – Rəsmi

Bakıda yenə hava tozludur – Rəsmi
28 May 2024 - 11:57

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınları üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur.

ONN media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1.2 dəfə çox olduğu müəyyən edilib.

“Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir”, – deyə G.Abbasova qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png