Bu rayonlarda yaşayanların NƏZƏRİNƏ

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

ONN media xəbər verir ki, rayonun Türkoba kəndində daşıyıcı qaz xəttində aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 2 000-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.