ONN İnformasiya Agentliyi

“Traktor” azarkeşsiz oynadı, qalib gəldi

“Traktor” azarkeşsiz oynadı, qalib gəldi
29 May 2024 - 11:04

Güney Azərbaycanın “Traktor” futbol klubu İran Premyer Liqasının 29-cu həftəsinin oyunları çərçivəsində növbəti görüşünü keçirib.

ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi Təbrizin “Səhənd” stadionunda Gilanın “Mələvan” komandası ilə qarşılaşıb.

Mayın 28-i yerli vaxtla axşam saat 20:00-da keçirilən oyun Təbriz klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 51-ə yüksəldən “Traktor” 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, İran Futbol Federasiyası “Traktor” klubunu cəzalandırdığı üçün qarşılaşma azarkeşsiz baş tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png