“Fənərbağça”dan Sadio Mane həmləsi

“Fənərbağça”nın prezidentliyə namizədləri Ali Koç və Aziz Yıldırım növbəti mövsüm Super Liqa çempionluğunu hədəfləyir.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, həm Koç, həm də Yıldırım 2024/25 mövsümündə ulduzlardan ibarət heyət formalaşdırmağı planlaşdırır.

Bu çərçivədə İstanbul klubunun gündəmində olan adlardan biri də Sadio Manedir.

Xəbərdə Ali Koçun Sadio Mane ilə maraqlandığı bildirilib.

Qeyd edək ki, 32 yaşlı Sadio Manenin hazırda dəyəri 20 milyon avrodur.

6 illik “Liverpul” macərasını bitirdikdən sonra 2022-ci ildə “Bayern”ə gedən Sadio Mane bir il sonra “Əl-Nəsr”ə transfer olub.

Ərəbistan klubu Mane üçün “Bayern”ə 30 milyon avro ödəyib. Bu mövsüm 45 matça çıxan və 3892 dəqiqə meydanda qalan Mane 19 qol və 11 məhsuldar ötürmə ilə hesaba töhfə verib. 

Sadionun hazırki klubu ilə 2 illik müqaviləsi var.