ONN İnformasiya Agentliyi

“Cığır” romanı Türkiyə türkcəsində ikinci dəfə çap edilib

“Cığır” romanı Türkiyə türkcəsində ikinci dəfə çap edilib
30 May 2024 - 13:17

Xəbər verdiyimiz  kimi, yazıçı-publisist Yunus Oğuzun 44 günlük müharibəyə, Zəfərə və Şuşanın 270 illiyinə həsr edilmiş “Cığır” romanı Türkiyə türkcəsində Korkut yayınlarında çap etdirilib.


ONN media xəbər verir ki, Türkiyəli şair, yazıçı, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri) genel başqanı Mehmet Nuri Parmaksız bildirib ki, birinci nəşr oxucular tərəfindən maraqla qarşılanıb, satışda tükəndiyi üçün ikinci nəşrə tələbat yaranıb və Yunus Oğuzun “Cığır” romanının ikinci nəşri gerçəkləşdirilib:
“Qarabağ bütün türk dünyası üçün önəmlidir. Türkün çəkdiyi bir zəhmət, hüzn varsa o mənim üçün çox önəmlidir. Qarabağ zatən bizim idi, əlimizdən almışdılar, biz geri aldıq. Türkiyədə Qarabağ zəfəri çox böyük sevinclə qarşılandı. Zəngəzuru da alarsaq bu sevinc tamamlanacaq. Biz ortaq türk birliyinə – o gücə doğru artıq gəlmişik” – yazıçı bildirib. 
Qeyd edək ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan “Cığır” romanı  Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addım hesab edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png