İran bu markanı tamamilə qadağan etdi

İran gömrüyü ölkəyə istənilən nəsil Ayfon smartfonlarının idxalını qadağan edib.

ONN media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, hətta əvvəllər idxalına icazə verilən 13-cü nəsil və daha köhnə modellər də indi qadağaya məruz qalır.

Qeyd edək ki, 2017-ci ildə Amerikanın Əpl (Apple) korporasiyası ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə iranlı tərtibatçıların bütün mobil proqramlarını onlayn “App Store”dan silib.