ONN İnformasiya Agentliyi

Yunanıstan prezidenti Əliyevə məktub göndərdi

Yunanıstan prezidenti Əliyevə məktub göndərdi
31 May 2024 - 18:52

Yunanıstan Respublikanın Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.

BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsinə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq ölkələrimiz arasında qarşılıqlı fayda naminə əməkdaşlığın və dialoqun genişlənəcəyinə ümid edirəm.

Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyini xahiş edirəm”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png