Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Yeşilova səmtindəki hotelə əl qumbarası atılıb. Hücum motosikletlə gələn azyaşlı uşaq tərəfindən həyata keçirilib.
Bomba partlamasa da, hoteldəki bir nəfər bomba atan şəxsə silahla atəş açıb, nəticədə uşaq yaralanıb. O, hadisə yerindən qaçsa da, qısa müddət sonra hüquq-mühafizə orqanları əməkdaşlarının əlinə keçib.
Yaralı uşaq hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hücumçunun istifadə etdiyi motosikletin oğurluq olduğu öyrənilib.
Hücumun baş vermə səbəbi araşdırılır.