ONN İnformasiya Agentliyi

Bakı metropoliteni uşaqlar günü ilə bağlı layihə həyata keçirir

Bakı metropoliteni uşaqlar günü ilə bağlı layihə həyata keçirir
01 İyun 2024 - 12:50

Bakı metropolitenində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti layihələr keçirilir.

ONN media “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, metronun bütün stansiyalarında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mahnılar, Ulu Öndərin uşaqlara arzuları və tövsiyələri səsləndirilir. Proqrama 30-dan artıq musiqi parçası daxil edilib.

Bundan əlavə metropolitenin daha bir layihəsi yenidən sərnişinlərin ixtiyarına verilib. Bütün qatarlarda stansiyalara uyğun olaraq, “Qapılar bağlanır, növbəti stansiya…” sözlərini uşaqlar elan edirlər.

Layihə Bakı metropolitenində günün sonuna qədər davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png