ONN İnformasiya Agentliyi

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
01 İyun 2024 - 14:54

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.

ONN media xəbər verir ki, türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak ediblər.

Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png