ONN İnformasiya Agentliyi

Nazir ağır qəzaya düşdü- VƏZİYYƏTİ AĞIRDIR

Nazir ağır qəzaya düşdü- VƏZİYYƏTİ AĞIRDIR
01 İyun 2024 - 16:52

Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb.

ONN media xəbər verir ki, bu barədə regional hökumət orqanlarından bildirilib.

Məlumata görə, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

İlkin məlumata görə, qəza Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunun bir hissəsində baş verib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.

Məlumat verilib ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Səhiyyə naziri ilə birlikdə avtomobildə Kamçatka diyarı Səhiyyə Nazirliyinin Səhiyyənin İnkişafı Departamentinin rəis müavini Denis Fedotov da olub. Qəza nəticəsində Aleksandr Qaşkovun qabırğaları və çanaq sümükləri sınıb. Nazirin olduğu xidməti avtomobilin sürücüsü, eləcə də Denis Fedotov yüngül bədən xəsarətləri alıblar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png