ONN İnformasiya Agentliyi

İstanbulda çökən binanın sahibi saxlanıldı

İstanbulda çökən binanın sahibi saxlanıldı
02 İyun 2024 - 16:20

İstanbulda uçan yaşayış binasının yiyəsi, eləcə də binanın birinci mərtəbəsində yerləşən restoranın sahibini saxlayıb.

ONN media xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki binanın tikinti standartlarına uyğun gəlmədiyini, tikintisində dəniz qumundan istifadə olunduğunu bildirib.

Onun sözlərinə görə, binaya qanunsuz olaraq bir yarım mərtəbə əlavə edilməsi evin dayanıqlığını daha da pisləşdirib.

Qeyd edək ki, bu gün İstanbulun Küçükçekmece rayonunda yaşayış binasının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png