ONN İnformasiya Agentliyi

“Qarabağ”a kubok təqdim olundu

“Qarabağ”a kubok təqdim olundu
03 İyun 2024 - 8:49

Azərbaycan Kubokunun qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb.

“Liv Bona Dea Arena”dakı tədbirdə AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov iştirak ediblər.

İlk olaraq “Zirə”yə gümüş medallar verilib. Daha sonra Ağdam təmsilçisinin oyunçularına mükafatlar və kubok təqdim olunub.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.

“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png