ONN İnformasiya Agentliyi

Bu ay BÜRCLƏRİ nələr gözləyir? – Pul, karyera, toy və…

Bu ay BÜRCLƏRİ nələr gözləyir? – Pul, karyera, toy və…
03 İyun 2024 - 10:48

İyun ayında bürcləri nələrin gözlədiyi açıqlanıb. Astrologiyaya görə, bəzi bürclər bu ayın enerjilərindən daha çox faydalana biləcək. 

Mayda seçilən bürc nümayəndələrinin bəxti hər cəhətdən gətirəcək.

ONN media xarici KİV-ə istinadən iyun ayında şanslı olacaq, bəxti həm sevgidə, həm də pul cəhətdən gətirəcək  bürcləri təqdim edir:

Qoç (21 mart – 19 aprel)

Uğurunuzun açarı, deyəsən, özünüzə və nailiyyətlərinizə olan hörmətinizdir. Eşq həyatınızda ehtiraslı və həyəcanlı hadisələr baş verə bilər. Özünüzə inamınızı artırmaq romantik münasibətlərdə daha cəsarətli addımlar atmağınıza kömək edəcək.

Buğa (20 aprel – 20 may)

Bu ay ailəniz və sevdikləriniz tərəfindən çoxlu sevgi və diqqət görəcəksiniz. Veneranın bürcünüzə keçməsi münasibətlərinizdə özünüzü daha dəyərli hiss etdirə bilər. Köhnə travmalarınızı aradan qaldırmaq üçün cəsarətli addımlar ata bilərsiniz.

Əkizlər (21 May – 20 İyun)

6 İyunda baş verəcək yeni ay sizin üçün transformasiya enerjisini daşıyır. Bu ayı neqativlərdən xilas olmaq, bolluq və bərəkət enerjisini ələ keçirmək üçün fürsət kimi istifadə edə bilərsiniz.

Xərçəng (21 İyun – 22 İyul)

İş həyatınızda mühüm inkişaflar ola bilər. Qrup işi və əməkdaşlıq karyeranıza dəstək ola bilər.

Şir (23 iyul – 22 avqust)

Maliyyə məsələlərində diqqətli olmalısınız. Xərclərinizi nəzarət altında saxlayın və investisiyalarınız haqqında diqqətlə düşünün.

Qız bürcü (23 avqust – 22 sentyabr)

Münasibətlərdə daha anlayışlı və tolerant olmağa çalışın. Sevdiklərinizlə ünsiyyət üçün münasib dövrdür.

Tərəzi (23 sentyabr – 22 oktyabr)

Sağlamlıq məsələlərinə diqqət yetirin. Fiziki və ruhi sağlamlığınızın qayğısına qalın.

Əqrəb (23 oktyabr – 21 noyabr)

Eşq həyatınızda sürprizlərlə dolu bir dövr ola bilər. Münasibətlərdə daha cəsarətli addımlar ata bilərsiniz.

Oxatan (22 Noyabr – 21 Dekabr)

Söhbətlərə maraqla qulaq asın, lakin əks fikir söyləməkdən çəkinin. Qəzəbinizi cilovladığınız müddətcə səhhətinizdə problem olmayacaq.

Oğlaq (22 dekabr – 19 yanvar)

22 iyunda baş tutacaq tam ay karyeranızda mühüm dönüş nöqtəsi ola bilər. Məqsədlərinizi nəzərdən keçirin və lazım olduqda düzəlişlər edin.

Dolça (20 Yanvar – 18 Fevral)

Dostlarınızla daha çox vaxt keçirin, sosial əlaqələrinizi gücləndirin. Yeni insanlarla tanış olmaq imkanları ola bilər.

Balıqlar (19 fevral – 20 mart)

İyun ayı sizinçün bol iş-güclü ay olacaq. Qrup işi ilə karyeranıza dəstək ola bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png