ONN İnformasiya Agentliyi

“Real Madrid” tarixinin ən titullu oyunçuları AÇIQLANDI

“Real Madrid” tarixinin ən titullu oyunçuları AÇIQLANDI
03 İyun 2024 - 11:53

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç və ispan müdafiəçi Naço Fernandez “Real Madrid” tarixinin ən titullu oyunçuları olublar.

ONN media xəbər verir ki, onlar buna bu mövsüm Çempionlar Liqasını qazandıqdan sonra nail olublar.

“Real Madrid” tarixinin ən titullu futbolçuları:

Luka Modriç, Naço Fernandes – 26.

Kərim Benzema, Marselo – 25.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. Bu mövsüm Modriç bütün yarışlarda 46 matçda iştirak edib, o, iki qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun transfer dəyəri 8 milyon avrodur.

Naço isə 2012-ci ildən əsas komandasında çıxış etdiyi Madrid klubunun yetirməsidir. Bu müddət ərzində o, bütün turnirlərdə 363 matçda iştirak edib, 16 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi bu ilin iyununda başa çatır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png