ONN İnformasiya Agentliyi

Gündə neçə ədəd yumurta yemək olar?

Gündə neçə ədəd yumurta yemək olar?
03 İyun 2024 - 11:58

Yumurta vitaminlər, minerallar, antioksidantlar, zülallar və yağlarla zəngin olan qidadır. Yüksək qida dəyəri ilə seçilən yumurta insanların gündəlik həyatda çox istifadə etdiyi məhsuldur.

ONN media xarici araşdırmalara istinadən xəbər verir ki, gündə 1 və ya 3 yumurta yemək əksər böyüklər üçün sağlam və balanslı bir seçimdir.

Lakin bu rəqəm insanın yaşına, cinsinə, fiziki fəaliyyət səviyyəsinə, çəkisinə və sağlamlıq vəziyyətinə görə dəyişə bilər. Xüsusi sağlamlıq vəziyyəti, xüsusilə xolesterol səviyyələri və ya ürək xəstəliyi riski olan şəxslər, həkim məsləhəti ilə istehlak miqdarını təyin etməlidirlər.

Gündə orta hesabla 1 yumurta yeyən insanlarda yeməyənlərə nisbətən ürək xəstəliyi riskinin azaldığı müşahidə edilib.

Sağlam insanlara və böyüyən uşaqlara hər gün 1 yumurta yemək tövsiyə olunur. Qanda xolesterin səviyyəsi yüksək olan insanlar həftədə 3-4 gün yumurta yeməlidirlər.

Yumurta istehlakı bəzən çox ola bilər. Belə hallar olduqca təhlükəli ola bilər. Buna görə də gündə ən çox 3 yumurta yemək faydalıdır.

Yumurtaların müntəzəm istifadəsi bədən toxumalarını bərpa etməyə və qorumağa kömək edir, eyni zamanda əzələlərə müsbət təsir göstərir. Asan həzm olunan yumurta proteini əzələ sağlamlığını dəstəkləyir və insanı sarkopeniya kimi tanınan əzələ itkisinə qarşı qoruyur.

Ümumiyyətlə yumurtanın faydaları bunlardır:

  • Yüksək qida dəyəri ilə sizi tox saxlayır.
  • Yumurta güclü protein, vitamin və antioksidant mənbəyidir.
  • Ürək sağlamlığı üçün faydalıdır.
  • Yumurta göz xəstəlikləri riskini azaldır.
  • HDL (yaxşı xolesterin) səviyyəsini artırır.
  • Betain və kolin sayəsində beyin sağlamlığını yaxşılaşdırır və insult riskini azaldır.
  • Bədən toxumalarının bərpasını və qorunmasını təmin edir.
  • İmmunitet sisteminin gücləndirilməsini dəstəkləyir.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png