ONN İnformasiya Agentliyi

İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? – AÇIQLAMA

İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? – AÇIQLAMA
03 İyun 2024 - 16:49

Bakıda “Xruşşovka” kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə bağlı xəbərlər yayılır.

Bu hal mənzil bazarında qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar müddəti bitən qəzalı binaların söküntüsünə start verilib.

“Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək yerində yeni binalar tikilib. Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır. Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var”.

Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı mənzillərin qiymətləri kəskin bahalaşdı.

“Qiymət artımının müxtəlif səbələri var. Sökülən binada mənzili olan şəxsə yeni tikilidən daha böyük sahəli və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır”, – deyə o qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png