ONN İnformasiya Agentliyi

Neymardan transfer iddialarına cavab

Neymardan transfer iddialarına cavab
04 İyun 2024 - 13:48

Neymar keçmiş klubu “Santos”a qayıtması ilə bağlı iddilara cavab verib.

ONN media xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Santos”a dönəcəyi ilə bağlı deyilənlərin həqiqəti əks etdirmədiyini, ancaq bir gün yenidən Braziliya yığmasında oynamaq istədiyini açıqlayıb.

“Deyilənlər tamamilə yalandır. “Əl-Hilal”la müqaviləmin bitməsinə hələ 1 il var və əla mövsüm keçirmək istəyirəm”, – deyə o bildirib.

Həmçinin Neymar “Real Madrid”in forvardı Vinisiusun bu il “Qızıl top”a layiq olduğunu bildirib və braziliyalı oyunçu haqqında yüksək fikirlər səsləndirib.

Qeyd edək ki, bu mövsüm “Əl-Hilal”da 5 matça çıxan Neymar 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

xatırladaq ki, braziliyalı futbolçu zədə səbəbindən uzun müddət meydanlardan uzaq qalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png