ONN İnformasiya Agentliyi

Rüşvətə görə polkovnik həbs olundu

Rüşvətə görə polkovnik həbs olundu
04 İyun 2024 - 18:58

Moskva Qarnizonu Hərbi Məhkəməsi FSB-nin “K” idarəsinin keçmiş rəis müavini Dmitri Frolovu xüsusilə külli miqdarda rüşvət işi üzrə altı il müddətinə azadlıqdan məhrum edib.

ONN media bu barədə TASS-a istinadən xəbər verir.

Müstəntiqlərin fikrincə, 2007-ci ilin oktyabrından 2013-cü ilin iyuluna qədər Frolov “Creditimpex” bankının fəaliyyətinə himayədarlıq edib və bunun üçün onun səhmdarından aylıq mükafat alıb. İstintaq müəyyən edib ki, Frolov altı il ərzində qanunsuz olaraq 87 milyon rubl mənimsəyib.

Hökm elan edildikdən sonra məhkəmə cəzanı çəkilmiş hesab etdiyi üçün sabiq polkovnik həbsdən azad edilib.

Qeyd edək ki, Frolov və onun əlaltıları 2019-cu ilin aprelində saxlanılıblar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png