Rusiyanın paytaxtı Moskva şəhərində havanın kəskin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edilib.
ONN media xəbər verir ki, bu barədə Moskva Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Moskva vaxtı ilə saat 14:00-dan axşama kimi şəhərə yağış yağacaq, şimşək çaxacaq, küləyin sürəti 15-17 m/s-dək güclənəcək.
Sakinlərə ağacların altında dayanmamaq tövsiyyə edilib:
“Vətəndaşlardan pis hava şəraitində küçədə son dərəcə diqqətli olmalarını, ağacların altına sığınmamalarını və onların yaxınlığında avtomobil saxlamamalarını xahiş edirik”, – deyə məlumatda qeyd olunub.