ONN İnformasiya Agentliyi

Məktəblərdə dərsliklər indidən yığılır?

Məktəblərdə dərsliklər indidən yığılır?
05 İyun 2024 - 17:51

Bir sıra məktəblərdə, o cümlədən paytaxtın bəzi ümumtəhsil müəssisələrində dərs vəsaitlərinin indidən yığılmasına başlanılıb. Tədris ilinin hələ başa çatmadığını nəzərə alsaq, bu, haqlı olaraq narazılığa səbəb olur.

“Azərbaycan müəllimi”nin sorğusuna əsasən, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məsələyə aydınlıq gətirilib.

Bildirilib ki, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayıb və 14 iyun 2024-cü il tarixində başa çatır.

Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.

Qeyd edək ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png