ONN İnformasiya Agentliyi

Numan Qurtulmuş Bakıya gəlib

Numan Qurtulmuş Bakıya gəlib
05 İyun 2024 - 21:15

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş onu müşayiət edən parlament nümayəndə heyəti ilə Bakıya gəlib.

ONN media xəbər verir ki, Numan Qurtulmuş sabah Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Baş Assambleyası və Assambleya Şurasının 13-cü iclasında iştirak edəcək.

TBMM sədri və nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png