ONN İnformasiya Agentliyi

Oman Sultanlığına yeni təyin olunan səfirimiz kimdir? – DOSYE

Oman Sultanlığına yeni təyin olunan səfirimiz kimdir? – DOSYE
06 İyun 2024 - 16:57

Dövlət başçımızın Sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub.

O, 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

2008-2009-cu illərdə Latviyanın Parex Bankının törəmə müəssisəsi olan “Parex Leasing and Factoring” MMC-də biznesin inkişafı üzrə Baş Direktorun müavini, həmcinin Latviya-Azərbaycan Ticarət Palatasının rəhbəri olub.

2009-2010-cu illərdə Bank VTB-də (Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru, 2011-ci illərdə “Ekol Mühəndislik Xidmətləri “QSC- də Baş direktorun müavini vəzifələrini icra edib.

10.09.2015-ci il tarixində Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

07.02.2018 tarixində Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

O, evlidir, iki övladı var.

İngilis, türk və rus dillərini bilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png