ONN İnformasiya Agentliyi

Bu ərazilərdə elektrik enerjisi kəsildi

Bu ərazilərdə elektrik enerjisi kəsildi
07 İyun 2024 - 22:41

Qeyri-sabit hava şəraiti Zaqatala və Qax rayonlarını işıqsız qoyub.

ONN media-nın məlumatına görə, hadisəyə axşam saatlarından başlayaraq davam edən yağışlı və küləkli hava səbəb olub.

Güclü külək nəticəsində iri gövdəli ağaclar Zaqatala rayonu ərazisində 110 kilovoltluq birinci və ikinci xətlərin üzərinə aşıb. Nəticədə Zaqatala və Qax rayonlarında tam olaraq elektrik enerjisinin verilişi dayandırılıb.

“Azərişıq” ASC-nin Şimal-Qərb Regional İdarəsindən bildirilib ki, regionda yerləşən şəbəkələrin əməkdaşları hadisə baş verən əraziyə yollanıblar:

“Elektrik enerjisinin bərpası istiqamətində təxirəsalınmaz işlər görülür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png