ONN İnformasiya Agentliyi

Avro-2024: Türkiyənin yekun heyəti açıqlandı

Avro-2024: Türkiyənin yekun heyəti açıqlandı
08 İyun 2024 - 10:59

Türkiyə millisinin Almaniyada keçiriləcək Avro-2024 üçün yekun heyəti açıqlanıb.

ONN media xəbər verir ki, ilkin heyətdə adları qeyd olunan Abdulqədir Ömür, Berat Özdəmir, Can Uzun, Cenk Özkaçar, Doğan Ələmdar və Oğuz Aydın yekun tərkibdə yer almayıb.

Baş məşqçi Vinçenzo Montella siyahıya aşağıdakı 26 futbolçunu daxil edib:

Qapıçılar: Altay Bayındır, Mərt Günok, Uğurcan Çakır

Müdafiəçilər: Mərt Müldür, Zəki Çelik, Abdulkərim Bardaqcı, Əhmədcan Kaplan, Merih Demiral, Səməd Akaydın, Fərdi Kadıoğlu

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu, İsmail Yüksək, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Saleh Özcan

Hücumçular: İrfan Can Qəhvəci, Yunis Akgün, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Arda Gülər, Barış Alpər Yılmaz, Bertuğ Yıldırım, Cenk Tosun, Semih Kılıçsoy, Yusif Yazıcı.

Qeyd edək ki, Türkiyə millisi Avro-2024-ün F qrupunda Portuqaliya, Çexiya və Gürcüstana qarşı mübarizə aparacaq.

Turnir 14 iyun-14 iyul tarixlərində keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png