ONN İnformasiya Agentliyi

Şamaxıda hava şarları festivalı başladı

Şamaxıda hava şarları festivalı başladı
08 İyun 2024 - 15:26

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.

ONN media xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Şamaxı İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

Hava şarlarında turist uçuşları hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.

Saat 16:00-dan isə festivalın bədii proqramı start götürüb.

iTicket.az saytı vasitəsi ilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyə biləcək. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların iştirakı ilə təşkil edilən yemək zonalarına qatılmaq mümkündür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png