ONN İnformasiya Agentliyi

Bakı ilə bağlı XƏBƏRDARLIQ – İyunun 12-si saat 15-a qədər..

Bakı ilə bağlı XƏBƏRDARLIQ – İyunun 12-si saat 15-a qədər..
10 İyun 2024 - 11:38

Ötən gecədən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunur.

ONN media xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 03:00-dan etibarən hiss edilməyə başlayıb, səhər saat 6-da bir qədər şiddətlənib.  Səhər saat 09:00-12:00 aralıqlarında nisbətən güclənərək yerini güclü geomaqnit qasırğasına verib.

Günorta saat 12:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri zəifləyəcək. 

İyunun 12-nə qədər ölkə ərazisində kiçik pozuntularla maqnit qasırğası müşahidə ediləcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png