Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? – AQTA-dan açıqlama

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov  sorğusuna cavab olaraq bildirib.

O, qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

***11:33

Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb.

ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunur ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.