Zakir Həsənov generalı vəzifəsindən azad etdi

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, general Poladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.