ONN İnformasiya Agentliyi

Nazirlikdən sel və daşqınlarla bağlı xəbərdarlıq

Nazirlikdən sel və daşqınlarla bağlı xəbərdarlıq
10 İyun 2024 - 13:43

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir.

ONN media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb:

“Şəki rayonu ərazisindən axan Kiş çayda və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib”.

“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir”, – deyə o qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png