ONN İnformasiya Agentliyi

İrəvan: Azərbaycanın itkin düşmüş hərbçisi…

İrəvan: Azərbaycanın itkin düşmüş hərbçisi…
10 İyun 2024 - 15:56

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsinə dair məlumatın olmadığını bildirib.

ONN media xəbər verir ki, bu barədə xidmətdən Azadlıq Radiosunun erməni xidmətinə məlumat verilib.

Ermənistan MTX həmçinin yeni informasiya olacağı halda məlumat verəcəklərini bildirib.

Qeyd edək ki, iyunun 9-da Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonunun Günnüt kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbçi qulluqçusu Ceyhun Tofiq oğlu Hüseynovun naməlum şəraitdə itkin düşdüyünü açıqlayıb. “Sputnik Ermənistan” isə bu gün Azərbaycan hərbçisinin Ermənistana keçdiyini iddia edib. Agentlik hərbçimizin Dərələyəzin Arpa (Areni) kəndi yaxınlığında saxlanıldığını bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png