ONN İnformasiya Agentliyi

Şəhid hərbiçilərlə vida mərasimi keçirildi

Şəhid hərbiçilərlə vida mərasimi keçirildi
10 İyun 2024 - 19:58

İyunun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtər rayonunda, əsgər Əli Elşən oğlu Nağıyev ilə Gəncə şəhərində vida mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, DSX-nın rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb.

Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub.

Sonda məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png