ONN İnformasiya Agentliyi

Şoyqu Rusiyanın nüvə təlimlərinin məqsədini AÇIQLADI

Şoyqu Rusiyanın nüvə təlimlərinin məqsədini AÇIQLADI
11 İyun 2024 - 15:57

“Nüvə təlimləri, Qərb ölkələrinin Kiyevə Rusiyanın mülki obyektlərinə zərbə vurmasına faktiki olaraq icazə verməsinə adekvat reaksiyadır”

Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Onun fikrincə, getdikcə daha çox ölkə anlayır ki, Vaşinqtonun məsuliyyətsiz davranışı beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsinə gətirib çıxarır. O, həmçinin ABŞ-nin dünyanı son həddə doğru itələdiyini qeyd edib.

“Qeyd edim ki, bizim təlimlərimiz Qərbin Kiyevi dəstəkləməsinə, NATO hərbçilərinin Ukraynadakı döyüşlərdə aktiv iştirakına və Kiyevə Rusiyanın mülki obyektlərinə raket zərbələri endirməyə faktiki olaraq icazə verilməsinə adekvat reaksiya daşıyır,”-deyə Şoyqu əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png