ONN İnformasiya Agentliyi

Həcc ziyarəti zamanı ölən uşaq azərbaycanlıdır?

Həcc ziyarəti zamanı ölən uşaq azərbaycanlıdır?
13 İyun 2024 - 15:32

“Məkkədə Həcc ziyarəti zamanı vəfat edən dörd yaşlı uşaq azərbaycanlı deyil”.

ONN media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb.

Bildirilib ki, məlumat həqiqəti əks etdirmir:

“Azərbaycanlı zəvvarlar arasında dörd yaşlı uşaq yoxdur. Yayılan informasiyaya görə, vəfat edən uşaq misirli olub”.

Qeyd edək ki, sosial şəbəkələrdə dörd yaşlı azərbaycanlı uşağın Məkkədə Həcc ziyarəti zamanı həyatını itirdiyi haqqında məlumat yayılmışdı. Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlar arasında ən kiçiyi 2013-cü il təvəllüdlüdür

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png