Qusarda qəbirsanlıq yerlə yeksan edildi

Qusarda qəbiristanlıq dağıdılıb.

ONN media xəbər verir ki, hadisə Qılahoba kəndində qeydə alınıb.

Naməlum şəxs qəbiristanlığa girərək, məzar daşlarını yerlə yeksan edib.

Sakinlərin sözlərinə görə, naməlum şəxs ailə üzvlərinin qəbir daşlarını dağıdıb.

Məsələ ilə bağlı Qusar Rayon Polis Şöbəsinin əməkdaşları hərəkətə keçiblər. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qəbirləri dağıdan şəxsin 44 yaşlı Pərviz Eldarov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır