ONN İnformasiya Agentliyi

Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI

Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI
14 İyun 2024 - 10:48

Bakıda metronun “Həsi Aslanov” stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur” MTK yaşayış kompleksində liftin qırılması nəticəsində xəsarət alanlardan yeddi nəfəri Sabunçu Tibb Mərkəzinə, bir nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Qeyd edilib ki, 13.06.2024-cü il tarixində saat 22:00-da Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. “Sabunçu Tibb Mərkəzinə yerləşdirilən, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin edilən 7 nəfərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə ambulator müalicə üçün evə buraxılıblar. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə isə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Vətəndaş əlavə müayinələr üçün digər tibb müəssisəsinə hospitalizasiya olunub”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png