ONN İnformasiya Agentliyi

Bu pəhriz ölüm riskini azaldır

Bu pəhriz ölüm riskini azaldır
16 İyun 2024 - 10:28

Tədqiqat göstərir ki, yaşıl pəhriz vaxtından əvvəl ölüm riskini 33% azaldır

ONN media xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Harvard Universitetinin alimləri 34 il ərzində 200.000-dən çox sağlam amerikalını izləyiblər. Alimlər müəyyən ediblər ki, az ət və daha çox bitki mənşəli qidalar qəbul edən və işlənmiş qidalardan uzaq duran insanların ölüm riski 33% azdır. Onların həyati təhlükəsi olan hər hansı xroniki xəstəlik: xərçəng, ağciyər və ürək-damar xəstəliklərinin inkişaf riski də aşağı olub.

Qeyd olunub ki, yaşıl pəhrizin ən ciddi tərəfdarlarının menyusunda meyvə və tərəvəzlər gündəlik qidanın yarısını təşkil edib. Protein əsasən qoz-fındıq, lobya və mərciməkdən əldə edilib. Bununla belə, onlar gündə 50 q-dan az yumurta, balıq, ət və şəkər yeyiblər. Bu pəhrizlə yemək istixana qazı emissiyalarını 29% azaldır və orta pəhrizdən 21% az gübrə istifadə edir. Tədqiqat müəllifləri qeyd ediblər ki, bu, onu təkcə insanlar üçün deyil, həm də planet üçün faydalı edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png