ONN İnformasiya Agentliyi

Niyaməddin Musayev saxlanıldı?

Niyaməddin Musayev saxlanıldı?
17 İyun 2024 - 10:41

Mən polis tərəfindən saxlanılmamışam. O görüntünü çəkib yayan adam bilib-bilmədən xəbər yazıb.

ONN media xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Niyaməddin Musayev polislər tərəfindən saxlanılması xəbərinə aydınlıq gətirərkən deyib.

“Axşamlar dənizkənarı bulvar tərəfə idmana gedirəm. Əgər avtomobili yol kənarında saxlamış olsaydım, 20 manat cərimə yazılacaqdı. Mənim telefondan anlayışım olmadığına görə “Azparkinq”ə xəbər edə bilmədim ki, maşını orada saxladığım üçün qanunla 1-2 manat ödəniş edim. Yəni nahaq yerə cərimə olunmayım. Həmin an yolda polisləri görüb, vəziyyəti onlara izah edərək, mənə köməklik göstərmələrini xahiş etdim. Polislər də sağ olsunlar, telefonumu götürüb, mənim üçün icazə aldılar. Mən qanunlara riayət edən adamam”.

Xalq artisti videonu paylaşan şəxsi şiddətlə qınayıb:

“Polislər mənə kömək edən zaman kimsə videonu çəkib yayıb. O qədər nadanlar var ki, heç nəyi araşdırmadan, bilmədən tez paylaşım edirlər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png