ONN İnformasiya Agentliyi

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
18 İyun 2024 - 9:29

Baş verən zəlzələlər Xəzərin sahil hissələrində də çökəkliklər yaradıb.

ONN media xəbər verir ki, bu barədə “Xəzər Xəbər”də yayımlanan süjetdə bildirilir.

Qeyd edilir ki, Hövsan qəsəbəsi ərazisindəki çimərlikdə çimmək tövsiyə edilməsə də, ərazidə yaşayan sakinlərin əksəriyyəti elə bu əraziyə üz tuturlar.

Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək isə batma təhlükəsini birə-beş artırır.

Məsələ ilə bağlı FHN-dən verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.

Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png