ONN İnformasiya Agentliyi

İranda güclü zəlzələ baş verdi

İranda güclü zəlzələ baş verdi
18 İyun 2024 - 20:23

Yerli vaxtla 13:24 radələrində İranın Rəzəvi Xorasan əyalətinin Kəşmir rayonunda 5 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə “Mehr” yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 120-dən çox insan yaralanıb. Yaralılardan 35-i müalicə olunmaq üçün xəstəxanalara yerləşdirilib.

Zəlzələnin əsasən qəzalı binalara ziyan vurduğu bildirilir.

Kəşmir qubernatoru bildirib ki, ölənlərdən ikisi zəlzələdən qaçarkən ölüb, ikisi isə dağıntılar altında qalıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png