ONN İnformasiya Agentliyi

Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ
19 İyun 2024 - 16:54

İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq edilib.

ONN media xəbər verir ki, sinoptiklərin məlumatına görə, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağdərə, Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Göyçay, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş rayonlarında sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

Goranboy, Naftalan, Gəncə, Göygöl, Mingəçevir, Şəmkir, Neftçala rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png