ONN İnformasiya Agentliyi

Bu küçələrdən istifadə edənlərin NƏZƏRİNƏ

Bu küçələrdən istifadə edənlərin NƏZƏRİNƏ
19 İyun 2024 - 19:38

Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən Parlament prospekti, Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 20:00-dan sabah saat 23:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png