ONN İnformasiya Agentliyi

Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA
20 İyun 2024 - 10:00

Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.

Bu barədə bildirilib ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.

Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:

“Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.

Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png