ONN İnformasiya Agentliyi

“Şah Quba” istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi

“Şah Quba” istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi
20 İyun 2024 - 12:28

İyunun 15-16-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid analarına həsr olunmuş “Analar baş tacımız”layihəsi çərçivəsində növbəti dəfə yeni bir qrup şəhid analarının Quba rayonunun “Şah Quba” istirahət mərkəində istirahətləri və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir təşkil olundu. Səfər zamanı Qubanın şəhid anaları qonaq olan şəhid analarını çox böyük hörmət və ehtiramla qarşıladı və birlikdə Quba rayonunun Şəhidlər Xiyabanını, Quba rayonunun şəhidlərinin xatirəsinə yaradılmış “Şəhidlər Muzeyi”ni, Quba Soyqırım Memorial Kompleksini ziyarət etdilər. Görüş zamanı çox təsirli anlar yaşandı. Şəhidlər Xiyabanında ziyarətçi şəhid anaları öz övladı kimi hər bir şəhid məzarının yanında duraraq məzar daşlarını sığalladı, dualar oxudular. “Şah Quba” istirahət mərkəzində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir zamanı şəhidlərimizin xatirəsinə həsr olunmuş sosial çarx nümayiş olundu.

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, “Şah Quba” istirahət mərkəzinin direktoru Humayə Məmmədova, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə xanım, şəhid Əsəd Həsənovun anası Mələk xanım, şəhid Elşad Əliyevin anası Flora xanım, şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım çıxış edərək bildirdilər ki, bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Şəhid Səbuhi Həsənquliyevin anası anası Maisə xanım şəhidlərimizə həsr etdiyi şeirlərini ifa etdi.

Tədbirin sonunda “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, şəhid analarının istirahəti üçün göstərilən xüsusi diqqət qayğıya, yüksək səviyyədə yaradılan şəraitə, eyni zamanda xidmətə görə “Şah Quba” istirahət mərkəzinin direktoru Humayə Məmmədovaya və istirahət mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirmişdir. Qubanın füsunkar, gözəl təbiətində 2 gün istirahət edən şəhid analarının xatirəsindən bu unudulmaz günlər, anlar heç bir zaman çıxmayacaq.

Allah bütün şəhidlərimizin ruhunu şad etsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png